RU

“Excalibur Army” Cənub-Şərqi Asiyada “Patriot” zirehli maşınları üzrə rekord ixrac müqaviləsi imzalayıb

Çexiyanın CSG qrupuna daxil olan “Excalibur Army” şirkəti Cənub-Şərqi Asiya regionunda “Patriot” zirehli nəqliyyat vasitələrinin tədarükünə ixrac müqavilələri imzalayıb.

“Poliqon” “Excalibur Army”ə istinadən xəbər verir ki, müxtəlif versiyalarda 100 ədəddən çox “Patriot” zirehli maşınının tədarükünü əhatə edən kontraktların ümumi dəyəri 300 milyon ABŞ dollarını ötür.

Çatdırılmaların üç il ərzində mərhələli şəkildə yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Patriot” zirehli nəqliyyat vasitəsi unikal konstruksiyaya malik “Tatra” təkərli şassisi üzərində qurulub. Sözügedən şassi nəqliyyat vasitəsinə çətin relyef və ağır əməliyyat şəraitində yüksək manevr və keçid qabiliyyəti qazandırır.

Bu layihə “Patriot” platformasının tarixində ən iri ixrac sifarişi olmaqla yanaşı, onun modul quruluşunu, universallığını və müştərinin spesifik tələblərinə uyğunlaşdırılma imkanlarını bir daha təsdiqləyir.

Избранный
82
poliqon.az

1Источники