Azərbaycanda ötən il elektrik enerjisinə tələbatın artım tempi 2024-cü illə müqayisədə 1,8 faiz bəndi zəifləyib.
Bu, Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency – IEA) hesabatında əksini tapıb.
Hesabata əsasən, 2024-cü ildə ölkədə elektrik enerjisinə tələbat 3,8% artdığı halda, 2025-ci ildə bu göstəricinin illik ifadədə təxminən 2% səviyyəsində olduğu qiymətləndirilir.
Məlumata görə, sözügedən dövrdə elektrik enerjisi istehsalında əsas pay ənənəvi yanacaqlar əsasında fəaliyyət göstərən istilik elektrik stansiyalarının payına düşüb. Belə ki, əsasən təbii qazla işləyən istilik elektrik stansiyaları ümumi elektrik enerjisi istehsalının 85%-dən bir qədər çoxunu təmin edib.
Eyni zamanda, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında da artım qeydə alınıb. BEA-nın məlumatına görə, bu seqment üzrə istehsal illik ifadədə 2% artıb.