RU

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 33 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,404 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

SİA-ya Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32,9 % çoxdur.

Hesabat dövründə Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 0,1 % artaraq 317,552 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı ABŞ 58,09 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 10,4 % çox), İtaliya 22,446 milyon ABŞ dolları (3,1 % çox) və Almaniya 18,506 milyon ABŞ dolları (19,3 % az) həyata keçirib.

Избранный
22
2
sia.az

3Источники