RU

Ayağı velosipedə sıxılıb qalan 4 yaşlı uşaq xilas edildi - ANBAAN VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedal hissəsində sıxılıb qalmış 2022-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.

Избранный
15
22
far.az

10Источники