RU

Ronaldoya görə 2,4 milyard ziyana düşdülər

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin “FOX Sports” televiziya şirkəti portuqaliyalı ulduz Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr” klubunun matçlarını boykot etməsi fonunda Səudiyyə Ərəbistanı futbol çempionatının yayımını dayandırmaq qərarına gəlib. 

“Qafqazinfo” xəbər verir ki,  bu barədə “Speedline” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, bu qərar Səudiyyə Ərəbistanı liqasının qlobal media və kommersiya layihələri ilə bağlı artıq 2,4 milyard dollar ziyana düşməsi ilə nəticələnib. Bununla da, “FOX Sports” Səudiyyə Ərəbistanı çempionatının yayımından imtina edən ilk böyük beynəlxalq televiziya şirkəti olub.

Xatırladaq ki, portuqaliyalı forvard artıq klubunun son 2 matçına çıxmaqdan imtina edib. Onun narazılığının əsas səbəbi Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) transfer siyasətidir. O, “Əl Nəsr”ə ayrılan büdcənin kəsilməsinə və rəqib “Əl Hilal”ın daha çox dəstəklənməsinə, həmçinin klubun idman direktoru Simao Koutinyo və baş icraçı rəhbəri Xose Semedonun vəzifələrindən uzaqlaşdırılmasına etiraz edir. Ulduz futbolçu bu ədalətsizliyin aradan qaldırılmayacağı təqdirdə mövsümün sonunda komandanı tərk edə biləcəyi ilə bağlı mesaj verib.

Hesabında 49 xal olan “Əl Nəsr” hazırda lider “Əl Hilal”dan cəmi 1 xal geri qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
qafqazinfo.az

2Источники