RU

Ötən il əkinlər 577 milyon manatlıq sığortalanıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2025-ci ildə ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb. Bu barədə XQ-yə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il əkin sahələrinin sığortası üzrə fermerlərlə Aqrar Sığorta Fondu arasında 56 min 518 sığorta müqaviləsi bağlanılıb. Sığorta müqavilələrinin sayı 2024-cü illə müqayisədə 5 faiz, 2023-cü illə müqayisədə isə 18 faiz artıb.

İl ərzində 127 min hektar payızlıq arpa sahəsi, 200 min hektar isə payızlıq buğda sahəsi sığortalanıb. Əkin sahələrinin sığortalanmasından 13 milyon manat aqrar sığorta haqqı toplanılıb. Bunun müqabilində isə sığorta müqavilələri üzrə əkin sahələrinə 577 milyon manat sığorta təminatı verilib. Sığorta təminatının məbləği 2024-cü illə müqayisədə 64 milyon manat, 2023-cü illə müqayisədə isə 71 milyon manat artıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
6
xalqqazeti.az

10Источники