Məşhur televiziya aparıcısı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovdan boşanması barədə şayiələr yayılmaqdadır. Oxu.Az-a verdiyi açıqlamada Alidə Mustafayeva sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
"Mediada ayrılmağımız haqqında yayımlanan məlumatlar tamamilə əsassızdır", - deyə A.Mustafayeva qeyd edib.
Xatırladaq ki, cütlüyün toy mərasimi 2024-cü ilin fevral ayında baş tutub.
Tarix: 7 Fevral 2026, 11:56