Bakıda "Avropa viktorinası" 2026 beşinci intellektual müsabiqəsi keçirilir.
Aznews.az xəbər verir ki, müsabiqə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən gənc Avropa səfirləri şəbəkəsi (GAS) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Builki yarışa maraq rekord səviyyəyə çatıb. Belə ki, iştirak üçün 130-dan çox komanda və 520-dən artıq şəxs müraciət edib.
Müsabiqə ölkənin hər yerindən perspektivli gəncləri - məktəbliləri və ali məktəb tələbələrini bir araya gətirib, Avropa, onun dəyərləri və müxtəlifliyi haqqında biliklərin genişləndirilməsi üçün platforma olub.