RU

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

Rusiya qoşunları Ukraynanın enerji obyektlərinə daha bir kütləvi hücuma keçib.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın elektrik şəbəkəsinin onurğa sütunu olan yarımstansiyalar, habelə 750 kV və 330 kV-luq yüksəkgərginlikli hava xətləri hədəf alınıb.

“Generator obyektləri - Burştin və Dobrotvir istilik elektrik stansiyaları da vurulub. Atom elektrik stansiyalarının blokları boşaldılıb. Bu gündən etibarən, Ukraynada 4,5-5 növbəli enerji cədvəlləri işə salınıb, şərq və şimal bölgələrində xüsusi qəza kəsintiləri rejimi tətbiq edilib”, - deyə o qeyd edib.

Nazir hücumların davam etdiyini vurğulayıb. O əlavə edib ki, təhlükəsizlik vəziyyəti imkan verən kimi, enerji işçiləri bərpa işlərinə başlamağa hazırdırlar.

"Ukrenerqonun" dispetçeri Polşadan qəza yardımı müraciətini aktivləşdirib.

"Cebheinfo.az"

Избранный
16
5
cebheinfo.az

6Источники