BAKI, 7 fevral. TELEQRAF
ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, Tehran regionda yerləşən Amerika bazalarına zərbə endirə bilər.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə deyib.
Nazirin sözlərinə görə, Vaşinqtonun mümkün hücumu cavabsız qalmayacaq:
"Belə bir vəziyyətdə İran ABŞ ərazisini hədəf almayacaq, amma regiondakı Amerika hərbi bazalarına qarşı cavab tədbirləri görüləcək"