Dünya futbolunun ən böyük ulduzlarından biri olan Kriştiano Ronaldo 41 yaşını qeyd edib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yeni yaşını ailəsi və yaxın çevrəsi ilə birlikdə qarşılayıb.
Karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən Ronaldo, yaşı irəliləməsinə baxmayaraq, fiziki forması və meydandakı performansı ilə diqqət çəkməyə davam edir. Təcrübəli futbolçunun ad günü şənliyindəki enerjisi və formada olması futbol azarkeşlərinin diqqətindən yayınmayıb.