“Real” Rodriqonun zədələndiyini və bir müddət meydanlardan kənarda qalacağını açıqlayıb.
Publika.az xəbər verir ki, klubun yaydığı bəyanatda deyilir:
“Bu gün klubun tibbi xidməti tərəfindən futbolçumuz Rodriqonun üzərində aparılan müayinələrdən sonra onun sağ ayağının arxa bud nahiyəsində tendinoz diaqnozu qoyulub. Vəziyyətinin inkişafı gözlənilir”.