RU

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək

Tbilisi, 7 fevral, AZƏRTAC

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilir ki, görüşdə ABŞ ilə Gürcüstan arasındakı ortaq dəyərlər diqqət mərkəzində olub.

“ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə söhbət etmək imkanı əldə etdik. Çox səmimi görüşümüz oldu. Bilirsiniz ki, milli maraqlar və ailə dəyərləri də daxil olmaqla, mövcud administrasiya ilə ortaq dəyərlərimiz var. Cey Di Vens Gürcüstanın xristianlığa tarixi münasibətini bildirdi, ortaq dəyərlərimizin olduğunu vurğuladı. Ümid edirəm ki, münasibətlərimiz qarşıdakı illərdə dinamik şəkildə davam edəcək” - deyə, Kavelaşvili bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
19
2
azertag.az

3Источники