RU

“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları təqdim edir!!!

 

Dəyərli oxucular! Əziz bacı və qardaşlar!

Son günlər Azərbaycan dövlətini, dövlətçiliyini birbaşa hədəfə alan ünsürlərlə, "söyüş müxalifəti”nin əsas simaları (oxu: simasızları) ilə bağlı bəzi dəhşətsaçan faktları nəzərinizə çatdırmaq istəyirəm.

Əvvəla, ondan başlayım ki, hazırda qabağa verilən əsas fiqur - Mehman Hüseynov heç də təsadüfi seçim deyil.Niyə? Çün, bu insanın bəsit xarakteri, müti təbiəti, yaramaz xisləti və ən əsası: itirəcəyi heç nəyinin olmaması xarici xüsusi - xidmət orqanlarının diqqətini məxsusən çəkib və beləcə, 2023 - ün fevralından etibarən bu zəvzəklə, şizofrenlə təməlli "işbirliyi”nə start verilib.

Anasının erməni kökəninə, geninə aidliyi (faktlarla sübut edilib) və özü kimi dəyus qardaşının erməni qadınla ər - arvad münasibətində yaşamsı isə "verbovka” icraçılarına əlavə stimul, motivasiya qazandırıb.

Nəhayət: Xəbəriniz olsun ki, Mehmanın son günlər (bar - bar bağıraraq) iddia etdiyi və haqqında danışdığı video gerçəkdir. Yəni, belə bir video həqiqətən də var. Sadəcə, məsələ burasındadır, həmin video Azərbaycan hakimiyyəti deyil, Mehmanın hazırda biət etdiyi və böyun bükdüyü qüvvələr tərəfindən çəkib. Çəkilib və qarşısına qoyulub.

Hə, burada sual yarana bilər: Mehman axı o Mehmandır ki, bir vaxtlar dənizkənarı bulvarda alt paltarla poz verib, sonra feysbukda paylaşırdı, bəs necə oldu, belə bir adam anidən intim videosunun yayılacağından qorxdu və bütün ağır şərtləri, tapşırıqları qəbul edəsi oldu?

Səbəb sadədir: O video, hətta intim kontekstdə belə normal və hamının ehtimal etdiyi video deyil. Təfsilat(lar)a varmadan qısa deyəcəm: Mehmanın qorxusu və təlaşı orientasiya ilə bağlıdır. Hamını şoka salacaq, sala biləcək - orientasiya ilə bağlı! Bu üzdənirağı (bütün mənalarda!) bitirəcək orientasiya ilə bağlı!

Ona görə də, "yiyə”ləri nə desə edir. Etməyə məcburdur.

Çünki, etməsə, əlindəki "sancağı” gözünün düz bəbəyinə batırarlar!

***

İkinci fakt: Tural Sadıqlı ilə bağlı.

Əgər xatırlayırsınızsa, bir müddət öncə Tural əməlli vəlvələdə idi və tezliklə ekstradisiya ediləcəyini anladığı üçün öz efiri vasitəsilə az qala imdad diləyirdi.

Amma sonra nə baş verdisə yenidən üzü çöndü, "ənənəvi” ampluasına qayıtdı və növbəti təhqirləri, hədyanları, iftiraları sıralamağa başladı.

İndi isə keçək "nə baş verdi?” sualının cavabına: Əl dəyişdi, Tural.

Həmin vaxt, erməni diasporunun birbaşa dəstəyi ilə özünə yeni himayədar tapdı, Tural.

Axtardığı "saman çöpün”ə, şimaldan (biqəfil) gələn mesajlarla qovuşdu, Tural.

Nəhayət: Başındakı ən böyük bəladan (söhbət, Turalın tələbə vaxtı öz qrup yoldaşına etdiyi təcavüzlə bağlı Almaniya hüquq - mühafizə orqanlarına təqdim edilən sübutlardan və bu əsnada aparılan ilkin istintaq hərəkətlərindən gedir) müvəqqəti də olsa qurtulmağı bacardı, Tural...

Bəli, dostlar. Tural Sadıqlı deyərkən ağıla ilk gələn onun anti - milli mahiyyəti olsa da, bu gədənin cinayətləri bitib - tükənmir. Tam dəqiq söyləsəm: Tural Sadıqlı, Naxçıvan Dövlət Universitetinin 1- ci kursunda oxuyarkən misir əsilli qrup yoldaşı M.Z - nı (etika xətrinə bütöv ad və soyadı yazmıram) zorlayıb və məlum cinayəti həmin vaxt çətinliklə də olsa ört - basdır etməyə nail olub.

Fəqət, daha sonra (Tural Avropada yaşadığı dövrdə) qızın valideynlərinin tələbi ilə məsələ yenidən aktuallaşıb və Turalın məskunlaşdığı ölkənin hüquq - mühafizə orqanlarına rəsmi müraciət edilib.

Yəni, söhbət, sadəcə Turalın təhqirlərindən, hədyanlarından, iftiralarından, ya da öz həyat yoldaşının onun barəsində etdiyi şikayət(lər)dən, verdiyi ifadələrdən getmir.

Söhbət, həm də gənc bir tələbə xanıma edilən təcavüz faktından gedir!

Və onun "ilişdiyi” ən kritik nöqtə, düşdüyü ən böyük cəncəl də məhz bu idi!

Niyə? - Çünki, artıq başqa dövlətin də vətəndaşı dövrəyə girmişdi, ortalığa sübut qoymuşdu və Tural, məlum mövzu üzərindən siyasi manipulyasiya edə bilmirdi.

Ona görə də gedişat, problem, qorxu azacıq səngiyən kimi Tural Sadıqlı yenidən ortalıqda peydahlandı və yeni sahiblərinin əmri ilə bülbül kimi ötməyə başladı.

Hərgah, bir daha təkrar etmək istəyirəm: Adam zibilin içindədir! Hətta zibilin özüdür və...bu cür tullantını, qırıntını, yarımçığı kimsə uzun müddət himayə etməz!

Edə bilməz!

***

3 - cü fakt. Qabil Məmmədov haqqında!

Pilot layihə əsasında dünyaya qələn bu "xəstə”nin çox maraqlı bioqrafiyası var.

Öncəliklə qeyd edim ki, Qabil, (hər nə qədər gizlətməyə çalışsa da) AXCP üzvüdür, bu sürtüyün Avropaya gedişi Əli Kərimlinin birbaşa vasitəçiliyi ilə reallaşıb və onun ilk "iş yeri” Kərimlinin bacanağı, tunis əsilli Seyfəddin Kamounun Londonda "işlətdiyi” gül dükanı olub.

Qabil, uzun illər öncə ailəsi tərəfindən tərk edilib və tək yaşayır.

Qabil 17 yaşından etibarən psixatrik qeydiyyatdadır.

Qabil - "söyüş müxalifəti”nin (Vidadi İsgəndərlidən sonra) yeganə təmsilçisidir ki, çox ciddi narkotik asılılığından əziyyət çəkir və efirə də yalnız "beyni yuyulmuş” halda, zombiləşmiş vəziyyətdə çıx(ardıl)ır. (Bunu onun hərəkətlərindən, baxışlarından, jestlərindən də rahatca sezmək mümkündür)

Qabil - hazırda "müəllim” deyə xitab etdiyi Mehmanla, Turalla, Məhəmmədlə uzun illər (son 2 aya qədər) düşmən münasibətində olub, onlar hətta bir - biri haqda yaşadıqları ölkələrin hüquq - mühafizə orqanlarına çoxsaylı, rəsmi, yazılı müraciətlər, şikayət ərizələri təqdim ediblər.

Yaxşı bəs, necə oldu, qəfil birləşdilər və bütün olub - keçənləri unutdular?

Çünki, qəyyumlarının qeyd - şərtsiz tələb(lər)i belə olub.

Çünki, Azərbaycan Prezidentinin uğurlarını həzm edə bilməyən, Azərbaycan dövlətinə qarşı düşmən kəsilən güclər, qüvvələr tərəfindən koordinasiya və proqram təlimatı belə verilib.

Çünki tula, həmişə tuladır.

Çünki tulanı hara qoydunsa, hansı tərəfə hürdürdünsə, yenə tuladır.

Çünki tulaların sırası, yeri dəyişəndə, onların mahiyyəti dəyişmir.

Çünki tulalığı qəbul etmisənsə, nəinki hürməyi, hətta lazım gəlsə banlamağı, anqırmağı da bacarmalısan!

Eynən, Qabil Məmmədov kimi...

Mehman Hüseynov kimi...

Tural Sadıqlı kimi...

Məhəmməd Mirzəli kimi...

 

***

Bax belə, əziz oxucular!

Sadəcə istədim detal və xırdalıqlarına qədər biləsiniz ki, biz bu gün hansı binamuslarla, hansı mənəviyyatsızlarla, hansı tör - töküntülərlə mübarizə aparırıq...

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

 

 

 

 

 

 

Избранный
177
7news.az

1Источники