RU

Sosial şəbəkələrə “Vəhşi Qərb” xəbərdarlığı: İspaniya Baş naziri Sançesdən 5 maddəlik sərt tədbir paketi

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İspaniyanın Baş naziri Pedro Sançes sosial medianın nəzarətsiz bir məkana çevrildiyini bildirərək, bu platformalar və onların sahiblərinə qarşı 5 maddəlik tədbirlər paketinin hazırlanacağını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, "X" sosial şəbəkəsindəki rəsmi hesabında yayımladığı videomüraciətdə Sançes vurğulayıb ki, sosial media artıq bir növ “Vəhşi Qərb”ə, hətta “iflas etmiş dövlət”ə bənzəyir.

Sosial paylaşım platformalarının sahibləri üçün cinayət məsuliyyəti tətbiq ediləcəyini bir daha xatırladan Baş nazir, bəzi tətbiqlərin “cinayət fəaliyyətlərinə, pornoqrafiyaya və zorakılığa sığınacaq yaratdığını” deyib.

Çıxışı zamanı üzərində “Grok istifadəçiləri 11 gün ərzində "X" platformasında 23 mindən çoxu azyaşlı olmaqla 3 milyondan artıq cinsi məzmunlu görüntü yaradıb” yazılmış plakatı nümayiş etdirən Sançes, sosial medianın insanları izlədiyini, şəxsi məlumatları oğurladığını, nifrət nitqini və dezinformasiyanı yaydığını iddia edib.

Sançes, Telegramın qurucusu və icraçı direktoru Pavel Durovun İspaniya hökumətini tənqid edən mesajına da toxunaraq: “Bu həftə demokratiyalarımız üçün görünməmiş bir hadisə baş verdi. Bir texnologiya oliqarxı milyonlarla ispan vətəndaşın telefonlarına sızaraq onlara nə düşünməli olduqlarını söylədi”, - deyə qeyd edib.

Baş nazir sosial mediaya qarşı nəzərdə tutulan 5 əsas tədbiri belə sıralayıb:

Xüsusilə uşaqlara təsir edən sosial media cinayətlərinin araşdırılması üçün prokurorluqla birgə iş aparılacaq.İstifadəçi razılığı olmadan məlumatlardan istifadə edən alqoritmlərin manipulyasiyası qanunla cəzalandırılacaq.Platformalar şəbəkələrindən qanunsuz məzmunu silməkdən imtina edərsə, cinayət məsuliyyəti ilə üzləşəcəklər.Rəqəmsal platformaların nifrət və qütbləşməni necə körüklədiyini ölçmək üçün ilk dəfə “Nifrət və Qütbləşmə Monitorinqi” yaradılacaq.16 yaşdan aşağı şəxslərin girişinə məhdudiyyət qoyularaq, ən həssas qruplar zərərli məzmundan qorunacaq.

Pedro Sançes qeyd edib ki, texnologiya elitasının bir çox ölkədən daha çox pulu və gücü var, lakin hökumətin qətiyyəti onların maddi imkanlarından daha üstündür: “Təhdidlərinə baxmayaraq, yolumuza davam edəcəyik”, - deyə əlavə edib.

Xatırladaq ki, Sançes fevralın 3-də Dubayda keçirilən Dünya Hökumətlər Zirvəsində sosial şəbəkələrə məhdudiyyət və nəzarətin artırılacağını elan etdikdən sonra, "X" və "SpaceX" şirkətlərinin sahibi, amerikalı iş adamı Elon Mask, eləcə də "Telegram"ın qurucusu Pavel Durov onu sərt tənqid etmişdilər.

Elon Mask Sançesi “faşist totalitar” adlandıraraq, onun İspaniya xalqına xəyanət etdiyini iddia etmişdi.

Pavel Durov isə planlaşdırılan tənzimləmələrin “internet azadlıqlarını təhdid etdiyini” və “təhlükəli” olduğunu bildirərək, bu addımların İspaniyanı “qoruma adı altında nəzarət dövlətinə” çevirəcəyini bildirib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
bizimyol.info

1Источники