RU

"Lombard Türkanə"yə hökm oxundu

Sabunçu rayonu ərazisində lombard işlədən qadın barəsində həbs qətimkan tədbiri seçilib.

Publika.az-ın "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, 32 yaşlı Türkanə Ağayeva külli miqdarda vəsaiti mənimsəmə və dələduzluq əməllərinə görə təqsirli sayılıb.

İttihama əsasən, Türkanə Ağayeva Bakıxanov qəsəbəsində fəaliyyət göstərdiyi dövrdə 17 vətəndaşın etibarından sui-istifadə edib.

Cinayət işinin materiallarına görə, T.Ağayeva lombard krediti qarşılığında girov götürdüyü qızıl məmulatlarını borc tam ödənildikdən sonra sahiblərinə qaytarmaqdan boyun qaçırıb. Həmçinin o, bank və lombard hərraclarından ucuz qızıl alıb daha baha qiymətə satmaqla qazanc əldə edəcəyi barədə yalan vədlər verərək, ayrı-ayrı şəxslərin pul vəsaitlərini və qızıllarını nağd, eləcə də bank kartları vasitəsilə ələ keçirib.

Избранный
13
4
publika.az

5Источники