RU

Polşa milli təhlükəsizlik səbəbləri ilə iki hava limanını bağlayıb

ain.az bildirir, Ayna portalına istinadən.

Lyublin və Rzeszow limanları üzərindəki hava məkanı "planlaşdırılmamış hərbi fəaliyyət" səbəbindən bağlanıb

Polşanın Lyublin və Rzeszow hava limanları üzərindəki hava məkanı "planlaşdırılmamış hərbi fəaliyyət" səbəbindən bağlanıb. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Pilotlara verilən bildirişə görə, bu hava limanlarına milli təhlükəsizliklə bağlı hərbi fəaliyyət səbəbindən giriş mümkün deyil.

Uçuş izləmə xidməti “FlightRadar24” “X”də bildirib ki, bağlanma ərazidə fəaliyyət göstərən NATO təyyarələrinə təsir edib.

Nəşr xatırladıb ki, ötən ay Rzeszow və Lyublin hava limanları planlaşdırılmış əməliyyatlar və Polşa hava məkanına təhlükənin olmaması səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

7 fevral gecəsi Rusiya Ukrayna üzərində yüzlərlə pilotsuz təyyarə buraxıb. Əksər bölgələrdə hava hücumu xəbərdarlıqları edilib. Səhər saatlarında monitorlar Ukrayna hava məkanında raketlərin olmadığını bildiriblər. Dronlardan gələn təhlükə əsasən qərb bölgələri üçün qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
ayna.az

1Источники