RU

“Barselona” superliqa layihəsindən kənarlaşıb

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

İspaniyanın “Barselona” klubu Avropa Superliqası layihəsini tərk edib.

Reyting.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu qərardan sonra 2021-ci ildə qurulan layihədə cəmi bir üzv - “Real Madrid” qalıb.

“Barselona”nın prezidenti Joan Laporta UEFA-nın Çempionlar Liqasında tətbiq etdiyi yeni formatı və artan gəlirləri (20%) əsas gətirərək, Superliqa ideyasının artıq aktual olmadığını bildirib.

Avropanın 12 nəhəng klubunun iştirakı ilə yaradılan Superliqa azarkeşlərin və beynəlxalq qurumların sərt etirazından sonra çökmüşdü. Əvvəlcə İngiltərə klubları, ardınca isə "İnter", "Atletiko Madrid" və "Yuventus" kimi komandalar layihəni tərk etmişdi.(Teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
reyting.az

2Источники