RU

SON DƏQİQƏ! “İdrak” liseyində müəllimini güllələyən şagird barədə QƏRAR VERİLDİ

Binəqədi Rayon Məhkəməsində Bakıdakı "İdrak" liseyində müəllimini güllələməkdə təqsirləndirilən yeniyetmənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

"Yeni Sabah" xəbər verir ki, prosesdə istintaq orqanının təqdimatı təmin edilib və Ə.Ş. barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı "İdrak" liseyində 28 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi Ə.Ş. tərəfindən güllələnib.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Ş. saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb./Oxu.az


Telegram kanalımız
Избранный
4
2
yenisabah.az

3Источники