RU

“Araz-Naxçıvan” “Sabah”a qarşı neçə itki ilə oynayacaq?

Misli Premyer Liqasının 19-cu turunda lider “Sabah”ın qonağı olacaq “Araz-Naxçıvan”ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov məlumat verib.

“İssuf Paronun oynamayacağı dəqiqdir. Burkina Fasolu müdafiəçimizin dekabrda “Şamaxı” ilə oyunda aldığı zədəsi hələ sağalmayıb. Bundan başqa, kapitan Urfan Abbasov da ötən tur “Neftçi” ilə matçda xəsarət aldı və əvəzləndi. Onun vəziyyəti bilinmir. Meydana çıxıb-çıxmayacağı həkimin qərarından asılıdır. Cəzalı futbolçumuz yoxdur. Əksinə, Bəxtiyar Həsənalızadə sarı vərəqə cəzasını başa vuraraq sıraya dönüb”, - deyə o, açıqlamasında bildirib.

Qeyd edək ki, “Sabah” - “Araz-Naxçıvan” matçı fevralın 8-də keçiriləcək. Masazırdakı “Bank Respublika Arena”da reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək.

İdman.Biz
Избранный
3
2
idman.biz

3Источники