RU

Epşteyn Bakı ilə bağlı NƏ DEYİB? – Maraqlı detallar açıqlandı

ABŞ Ədliyyə Nazirliyi tərəfindən məxfilikdən çıxarılan və “Epşteyn kitabxanası” kimi tanınan sənədlər bədnam maliyyəçi Ceffri Epşteynin müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələr qurmaq cəhdlərinə dair maraqlı detalları üzə çıxarıb.

Bu barədə arxiv materiallarında yer alan məlumatlarda göstərilib. Belə ki, 2011–2015-ci illər ərzində bir sıra vasitəçilər Epşteyni Azərbaycana cəlb etməyə çalışıb, ona Bakı səfəri və ölkə rəhbərliyi ilə yüksək səviyyəli görüşlər vəd ediblər.

Sənədlərdə qeyd olunur ki, bu təkliflər zamanı Azərbaycanın paytaxtı xüsusi şəkildə təqdim edilib. Vasitəçilər Bakını “Parisdən daha gözəl” şəhər kimi xarakterizə edərək, Epşteyn üçün cəlbedici obraz formalaşdırmağa çalışıblar.

Məqsəd onun regiona marağını artırmaq və Azərbaycanda nüfuzlu əlaqələr qurmasına zəmin yaratmaq olub. Epşteyn isə buna inanıb və yaxın ətrafına bu ölkəyə səfərin vacibliyini vurğulayıb.

Arxivlərdə diqqətçəkən digər məqam isə 2014-cü ilə aiddir. Həmin dövrdə Epşteynin dairəsi vasitəsilə Azərbaycana səfər etməsi nəzərdə tutulan nümayəndə heyəti ilə bağlı yazışmalar yer alır. Sənədlərə görə, “HDI İnstitutu” adlı qurum əvvəlcədən planlaşdırılmış konqresmenlərin səfərdən imtina etməsi ehtimalını nəzərə alaraq, onları əvəz edə biləcək “nüfuzlu şəxslər” axtarışında olub.

Bu şəxslərə birinci sinif uçuşlar, yüksək səviyyəli qəbul və ölkə hakimiyyətinin ən üst eşelonlarına çıxış imkanları vəd edildiyi bildirilir.

Buradan maraqlı sual ortaya çıxır: Bu cəhdlərin arxasında hansı siyasi, iqtisadi və ya imic məqsədləri dayanıb, bu proseslər Azərbaycanın beynəlxalq nüfuzuna və təhlükəsizliyinə hansı riskləri yarada bilər, həmçinin belə qalmaqallı fiqurlarla mümkün əlaqə cəhdləri dövlət və cəmiyyət baxımından necə qiymətləndirilməlidir?

Zeynal Fətulla

Məsələ ilə bağlı NOCOMMENT.az-ın sualını cavablandıran siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, bu məsələ bir neçə gündür ki, dünya gündəmindədir və sosial media platformalarında çox sürətlə tirajlanır:

“Hansısa səbəbdənsə bəzi qrup və media qurumu əsassız faktlarla Azərbaycanın adını da məsələdə çəkir. İstər Vahid Ələkbərovun (Lukoil rəhbəri), istərsə də Elmar Məmmədyarovun (keçmiş XİN) və digər ictimai-siyasi xadimlərin adı hallanır. Məsələ çox açıq və aydındır. Epşteyn adasına getmək istəyən bir neçə xarici dövlət nümayəndələri Azərbaycana gələrək burada bir sıra görüşlər keçirib, buradan isə Epşteynlə əlaqələr saxlayıblar. Bu hadisə “Epşteyn sənədlərində Azərbaycan amili” başlıqları ilə tirajlanaraq artır, içərisində isə mənasız söz yığınlarından istifadə olunub. Maraqlısı da odur ki, heç bir fakt və əsas yoxdur. Məlumatları yayan əsas baza ABŞ Ədliyyə Nazirliyidir. Bu mənada məlumatların yayılması zamanı ilkin mənbələrə diqqət etmək lazımdır”.

Zeynal Fətulla qeyd edib ki, son açıqlamalarda Azərbaycanın adı dolayısı şəkildə keçir:

“Məsələn, Epşteynin 2005-ci il pasport qeydlərində İstanbul-Bakı-Kabuil marşrutu planlaşdırılıb (lakin baş tutub-tutmadığı məlum deyil); bəzi elektron məktublarda Bakıdan bəhs olunur (məsələn, Sultan Bin Sulayem ilə yazışmalarda); Hampti Dampti İnstitutunun nümayəndə heyətinin Bakıda görüşləri (Elmar Məmmədyarov, Rəbiyət Aslanova, Jalə Əliyeva, Ziya Məmmədov və s. ilə) qeyd olunur. Lakin bunlar diplomatik/lobbi fəaliyyəti kontekstindədir – cinayət və ya istismar şəbəkəsi ilə birbaşa əlaqə sübutu yoxdur. Vahid Ələkbərovun adı isə heç bir yeni sənəddə cinayət kontekstində keçmir.

Bu məlumatların Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirəcəyini düşünmək olmaz. Amma bütövlükdə Epşteyn məsələsi dünya üçün yaxşı nümunə oldu. O mənada nümunə oldu ki, Epşteyn adasında adı çəkilən insanların “elitar nümayəndələr”in əksəriyyəti dünyaya mədəniyyətdən car çəkən, insanlıqdan “dərs deyən” qərb nümayəndələri, liderləridir. Maraqlıdır ki, bu hadisə şərqdə baş versə idi, Epşteynin adı “Məhəmməd” olsa idi bütün xristian dünyası ayağa qalxmış, şərqi, müsəlmanları topa atəşə tutmuşdu. Amma indi bütün dünya susur”.

Tunar
NOCOMMENT.az

Избранный
23
nocomment.az

1Источники