RU

"Sabah"da cəzalı futbolçusu olmasa da...

Misli Premyer Liqasının 19-cu turunda öz meydanında "Araz-Naxçıvan"la qarşılaşacaq "Sabah"ın oyuna neçə itki ilə çıxacağı bəllidir.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib.

"Cəzalı futbolçu yoxdur. Pavol Şafranko zədə səbəbindən oynamayacaq. Coy Lens Mikelsin durumu isə qeyri-müəyyəndir. Baş məşqçi həkimlərin yekun rəyindən sonra onun xidmətindən yararlanıb-yararlanmamağa qərar verəcək".

Qeyd edək ki, "Sabah" - "Araz-Naxçıvan" matçı fevralın 8-də keçiriləcək. Masazırdakı "Bank Respublika Arena"da reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək.

Mirağa

Избранный
3
fanat.az

1Источники