RU

Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

Bu ilin yanvar ayında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat olub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 110 694 ədəd yeni nəsil NKA quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

"Cebheinfo.az"

Избранный
14
5
cebheinfo.az

7Источники