Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən Adalet.az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
***12:59
Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən Adalet.az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.
"Onun vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.