RU

İgid şəhidlərin ruhu şad olsun!

Bir uşaq göz açdı bir gün dünyaya, 
Adını Mübariz qoydu anası.
Böyüdü, əsgərlik yaşına çatdı,
Elə bil ölümünü duydu anası.
Dedi: “Qarabağım qoy azad olsun,
İgid şəhidlərin ruhu şad olsun!”

******

Ağlayan vətənin səsini duydu,
Dözməyib yeridi düşmən üstünə.
Öldürdü düşməni öldüyü zaman,
Dedi yoldaşına, dedi dostuna:
“Cənnət Qarabağım qoy azad olsun,
İgid şəhidlərin ruhu şad olsun!”

******

Bu yurdu, bu eli qorumaq üçün
Dar gündə vətənə oğul gərəkdi.
Adı tək özü də Mübariz olan
Oğullar vətənə arxa, dirəkdi.
“Gözəl Qarabağım qoy azad olsun,
İgid şəhidlərin ruhu şad olsun!”

******

Mübarizi olan vətən basılmaz,
Erməni cəlladı arzuya çatmaz.
Qarabağım geri qaytarılmasa,
Ordumuz heç zaman rahatlıq tapmaz.
“Cənnət Qarabağım qoy azad olsun,
İgid şəhidlərin ruhu şad olsun!”

******

Öldü, ölümü ilə yağı düşmənin
Hər bir cəlladını qorxuya saldı.
Həkk oldu xalqımın yaddaşlarına,
Əbədi olaraq tarixdə qaldı.
Dedi: “Qarabağım qoy azad olsun,
İgid şəhidlərin ruhu şad olsun!”

******

“Mən bu şeiri xalqımın qəhrəman oğlu Mübariz İbrahimova və onun timsalında Vətən yolunda misilsiz xidmətləri olan bütün igidlərə həsr edirəm.”

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə Edilməsi ixtisasının magistratura tələbəsi.

Избранный
20
1
adalet.az

2Источники