Sankt-Peterburqun Vladimirski prospektindəki binada yanğın baş verib, 200 nəfər təxliyə edilib.
Far.Az report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Peterburq üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bu prospektdə "Vladimirski passaj" ticarət mərkəzi yerləşir.
Yardımçı otaqda 2 kv. m sahədə yanğın baş verib. Yanğın saat 16:18-də söndürülüb.
Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 ədəd texnikası və 15 nəfər şəxsi heyəti cəlb edilib.