RU

​ABŞ müharibənin yayadək bitməsini istəyir -

ABŞ Ukrayna ilə Rusiya arasında davam edən müharibənin yay aylarınadək başa çatmasını istəyir. Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. Onun sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə Ukrayna və Rusiya nümayəndələri bu həftə Əbu-Dabidə iki gün davam edən sülh danışıqları aparıblar. Lakin danışıqlar zamanı ciddi irəliləyiş əldə olunmayıb.Zelenski bildirib ki, ABŞ tərəfi münaqişənin mümkün qədər tez diplomatik yollarla həllində maraqlıdır və yay aylarınadək konkret nəticə görmək istəyir. Bununla belə, mövcud danışıqlar hələlik tərəflər arasında əsaslı razılaşma ilə nəticələnməyib.

Qeyd edək ki, ABŞ son aylarda Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylərini artırıb və tərəfləri birbaşa danışıqlara cəlb etməyə çalışır.

Избранный
24
metbuat.az

1Источники