İsrailin Baş naziri Netanyahu 2017-ci ildə Qəzza zolağında öldürülən Əl-Qəssam Briqadalarının komandiri Mazen Fukahanın sui-qəsdində İsrailin məsuliyyət daşıdığını etiraf edib.
Bu barədə "I24" məlumat yayıb.
Baş nazirin etirafı İsrail hökuməti tərəfindən dərc olunan sənədlərdə yayımlanıb.
Xatırladaq ki, Qəzzadakı Daxili İşlər Nazirliyi 24 mart 2017-ci ildə Fukahanın İsrail agentləri tərəfindən öldürüldüyünü açıqlasa da, İsrail heç vaxt sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib.
Fukaha İsrail həbsxanalarında uzun müddət qaldıqdan sonra 2011-ci ildə məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılmışdı.