RU

Onun sui-qəsdini biz təşkil etmişik - Netanyahudan etiraf » AzadMedia.az


İsrailin Baş naziri Netanyahu 2017-ci ildə Qəzza zolağında öldürülən Əl-Qəssam Briqadalarının komandiri Mazen Fukahanın sui-qəsdində İsrailin məsuliyyət daşıdığını etiraf edib.

Bu barədə "I24" məlumat yayıb.

Baş nazirin etirafı İsrail hökuməti tərəfindən dərc olunan sənədlərdə yayımlanıb.

Xatırladaq ki, Qəzzadakı Daxili İşlər Nazirliyi 24 mart 2017-ci ildə Fukahanın İsrail agentləri tərəfindən öldürüldüyünü açıqlasa da, İsrail heç vaxt sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib.

Fukaha İsrail həbsxanalarında uzun müddət qaldıqdan sonra 2011-ci ildə məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılmışdı.
Избранный
4
7
azadmedia.az

8Источники