RU

Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?

Azərbaycan cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.

Milli.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev bu uğura imza atıb. 27 yaşlı idmançı yarımfinal mərhələsində İsrail təmsilçisi İtshak Aşpizə qalib gələrək adını finala yazdırıb.

Eyni çəkidə çıxış edən Ruslan Paşayev yarımfinalda məğlub olduğu üçün üçüncü yer uğrunda görüşdə mübarizə aparacaq. Nazir Talıbov isə 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Migel Qaqoyaya uduzub.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri fevralın 8-də başa çatacaq. Azərbaycan bu yarışda ümumilikdə səkkiz cüdoçu ilə təmsil olunur.

Milli.Az 

Избранный
19
milli.az

1Источники