RU

Qapıçı Ter Ştegen əməliyyat olunub

“Jirona”nın mətbuat xidməti “Barselona”dan icarəyə götürülmüş qapıçı Mark-Andre ter Ştegenin vəziyyəti barədə məlumat verib.

İdman.Biz xəbər verir ki, daha əvvəl alman qapıçının bud əzələsindən aldığı zədə səbəbindən uzun müddət meydanlardan kənarda qalacağı bildirilmişdi.

“Mark-Andre ter Ştegen zədəsindən sonra əməliyyat olunub. Əməliyyat uğurlu keçib və onun oyunlarda iştirakı zədənin sonrakı gedişatından asılı olacaq. Tez bir zamanda sağalmasını ümid edək, Mark!” - deyə “Jirona”nın mətbuat xidməti X-də paylaşım edib.

Ter Ştegen 2014-cü ilin yayından bəri “Barselona”da daimi oyunçu idi. 2026-cı ilin yanvar ayında qapıçı “Jirona”ya altı aylıq icarə əsasında qoşulub. Alman futbolçu yeni klubunda iki oyun keçirib və iki qol buraxıb.

İdman.Biz
Избранный
19
idman.biz

1Источники