RU

Müəllimini güllələyən şagird həbs edildi - Hansı cəza veriləcək?

Fevralın 6-da “İdrak” liseyində odlu silahla müəllimini güllələyən şagirdlə bağlı qərar verilib. 

Redaktor.az xəbər verir ki, məhkəmə tərəfindən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Şagirdə qarşı Cinayət Məcəlləsinin 29 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu maddənin sanksiyasında 9 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin qanuna görə 18 yaşı tamam olmamış şəxslərə 10 ildən artıq cəza verilə bilməz.

Xatırladaq ki, rəsmi məlumata əsasən ötən gün saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahı ilə orada müəllim işləyən Şəhla Kamilovanı güllələyib. Boynundan xəsarət alan müəllim xəstəxanaya yerləşdirilib. 

Избранный
15
1
redaktor.az

10Источники