RU

Zelenski: Rusiya bu müharibəni yaxın gələcəkdə bitirməyə maraqlı deyil

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə intensiv hava hücumlarını davam etdirdiyini bildirib və əlavə edib ki, Moskva yaxın gələcəkdə müharibəni bitirmək niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, Zelenski sosial media paylaşımında Rusiyanın bu səhər təxminən 40 raket hücumu və 400-dən çox dron hücumu həyata keçirdiyini bildirib.

Hücumlarda enerji infrastrukturunun hədəf alındığını qeyd edən prezident: "Təəssüf ki, enerji obyektlərinə ciddi ziyan dəyib və demək olar ki, bütün ölkənin enerji vəziyyətinə təsir edib. Ciddi elektrik kəsintiləri baş verib", - deyə bildirib.

Dövlət başçısı Rusiyanın müharibəni bitirmək istəmədiyini iddia edərək bildirib ki, "Rusiya bu müharibəni yaxın gələcəkdə bitirməyə hazır deyil. Rusiya həm cəbhə xətti, həm də bu cür genişmiqyaslı hücumlar vasitəsilə Ukraynanı faktiki olaraq məhv etmək siyasətini davam etdirir".

Zelenski qeyd edib ki, Rusiya ordusu Ukraynadakı vacib enerji infrastrukturunu hədəf alır və bunun Avropa təhlükəsizliyi üçün təhlükə yaratdığını əlavə edib.

Zelenski ABŞ, Avropa İttifaqı və onların müttəfiqlərinin Rusiyaya təzyiq göstərməli olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
1
bizimyol.info

2Источники