RU

Zuckerberg Bezosu keçərək dünyanın 4-cü ən varlı adamı oldu

«Meta» (Facebook) şirkətinin qurucusu Mark Zuckerberg, «Amazon» şirkətinin sahibi Jeff Bezos-u keçərək dünyanın dördüncü ən varlı adamı olub. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, buna səbəb Zuckerberg-in daha da varlanması deyil, «Amazon»un səhmlərinin ucuzlaşması və Bezos-un sərvətinin azalması olub. 

Maraqlıdır ki, «Amazon»un səhmləri onun böyük mənfəət açıqlamasından sonra baş verib. 

Belə ki, fevralın 5-də «Amazon» şirkəti gəlirlərinin 213,4 milyard dollarlıq proqnozları aşdığın, hər səhm başına isə 1,95 dollar mənfəət əldə etdiyini açıqlayıb. Eyni zamanda «Amazon»un baş direktoru Endi Cassi elan edib ki, 2026-cı ilə qədər şirkətin kapital xərcləri 200 milyard dollara çatacaq. 
200 milyard dollarlıq rəqəm bəzi iqtisadçıları narahat edib, çünki bir qədər əvvəl «Wall Street» hesab etmişdi ki, «Amazon»un illik xərcləri təxmini 146,6 milyard dollar olacaq. Şirkətin açıqladığı məbləğ isə bundan 50 milyard dollar artıqdır. 

İnvestorların narahatlığı, təbii ki, qiymətlərin aalmasına səbəb olub – bir günün içərisində «Amazon»un səhmləri 9,3% ucuzlaşaraq 202 dollara düşüb.

Nəticədə «Amazon»un əsas payçılarının sərvətləri də azalmağa başlayıb. Beləliklə Bezosun sərvəti bir gündə 16 milyard dollar azalaraq 218,9 milyard dollara düşüb. 

Bununla da o, dünyanın ən varlı beşinci şəxsi olub. «Meta»nın sahibi Zuckerberg onu 226,6 milyard dollarla geridə qoyub. Ümumiyytələ Zuckerberg və Bezos son aylarda dünyanın ən varlı insanlarının siyahısının başında bir neçə dəfə yerlərini dəyişiblər.

Ən varlı adamların siyahısına isə «Tesla» şirkətinin baş direktoru Elon Musk böyük fərqlə başçılıq edir – onun sərvəti fantastik 839,4 milyard dollardır. Onu «Google»un təsisçiləri Larri Peyc 267,3 milyard dollar və Sergey Brin 246,6 milyard dollarla izləyir.

İlk 10-luğa daxil olan digər üzvlərin də reytinqlərində dəyişikliklər olub. Bunlara sentyabr ayında 400 milyard dollarlıq sərvəti ilə ikinci yerdə olan Oracle şirkətinin sədri Larri Ellison daxildir. Ellison hazırda 182,9 milyard dollarlıq sərvəti ilə altıncı yerdədir.

Избранный
30
fed.az

1Источники