Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.


Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.