RU

İrandan ABŞ la görüş sonrası Çin və Rusiya həmləsi

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın nüvə məsələsi ilə bağlı ABŞ-la danışıqların birinci mərhələsinin başa çatmasından sonra İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov və Çin səfiri Tsun Peyu ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə nazir müavini X hesabında paylaşım edib.

“Bu gün Pekinə səfərdən və Oman danışıqlarından sonra Tehranda Rusiya və Çin səfirləri ilə görüşdük, maraq doğuran məsələlər ətrafında məsləhətləşmələr apardıq və fikir mübadiləsi etdik”, - deyə Qəribabadi bildirib.

Qeyd edək ki, ötən gün ABŞ-la İran arasında Omanda danışıqlar baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
axar.az

2Источники