RU

Rusiyanın hava zərbələrindən sonra Ukraynada Burştın İES işini dayandırıb

Rusiyanın hücumu nəticəsində Ukraynanın İvano-Frankovsk vilayətindəki Burştın istilik elektrik stansiyası (İES) ciddi zədələnib və işini dayandırıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Burştın meri Vasili Andriyeşin "Facebook" sosial şəbəkəsində məlumat paylaşıb.

"Raket zərbələri nəticəsində stansiyaya ciddi ziyan dəyib. Stansiyanın hazırda enerji istehsalı sıfıra bərabərdir. Bundan sonra necə olacağını hələ heç kim bilmir", - o deyib.

Andriyeşin bildirib ki, hazırda Burştında istilik və su ilə bağlı problemlər var. Su təchizatının bir neçə saat ərzində bərpa edilməsi planlaşdırılır, elektrik enerjisi isə yalnız İES-dəki vəziyyət stabilləşəndən sonra bərpa olunacaq.

Xatırladaq ki, fevralın 7-si gecə Rusiya qoşunları Ukraynaya hava hücumu edib. Ölkənin müxtəlif bölgələrindəki İES-lər hədəfə alınıb. Ukraynanın energetika naziri Denis Şmıqal Burştın və Dobrotvor İES-lərində partlayışların baş verdiyini bildirib. Ukraynanın qərbindəki Rovno şəhərində, ölkənin mərkəzi hissəsindəki Vinnitsa və Yelizavetqradda da bir sıra partlayışlar qeydə alınıb. Lvov və Rovno vilayətlərində kritik infrastruktur obyektləri zədələnib.

Избранный
36
5
missiya.az

6Источники