RU

Paytaxt klubunda baş məşqçi dəyişikliyi olacaq? - Cari mövsümün sonunda

Cari mövsümün sonunda “Atletiko”da baş məşqçi dəyişikliyi baş verə bilər.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, klubun uzun illərdir dəyişməz baş məşqçisi olan Dieqo Simeonenin madridlilərdən ayrılmaq ehtimalı var.

Bu qərarın əsas səbəbi argentinalı mütəxəssislə klubun idman direktoru Mateu Alemani arasında münasibətlərin ciddi şəkildə gərginləşməsidir.

Klub daxilində böyük təsir gücünə malik olan Alemani ilə yaşanan fikir ayrılıqları Simeonenin gələcəyini sual altına salıb.

Artıq rəhbərliyin 55 yaşlı baş məşqçini əvəzləyə biləcək namizədlər üzərində axtarışlara başladığı da iddia olunur.

Dieqo Simeone ilə “Atletiko” arasındakı münasibətlər 21-ci əsr dünya futbolunun ən uzunmüddətli və sadiq əməkdaşlıqlarından biri hesab olunur.

Argentinalı mütəxəssis 2011-ci ilin sonunda Madrid təmsilçisinin “sükanı arxasına” keçib və artıq 14 ildən çoxdur ki, komandaya rəhbərlik edir.

Избранный
33
sportinfo.az

1Источники