İranın nüvə məsələsi ilə bağlı ABŞ-la danışıqların birinci mərhələsinin başa çatmasından sonra İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov və Çin səfiri Tsun Peyu ilə görüşüb.
News365.az xəbər verir ki, bu barədə nazir müavini X hesabında paylaşım edib.
“Bu gün Pekinə səfərdən və Oman danışıqlarından sonra Tehranda Rusiya və Çin səfirləri ilə görüşdük, maraq doğuran məsələlər ətrafında məsləhətləşmələr apardıq və fikir mübadiləsi etdik”, - deyə Qəribabadi bildirib.