RU

“Napoli” Sterlinqi transfer etmək istəyir

İngiltərə millisinin sabiq hücumçusu Rəhim Sterlinqin karyerasını İtaliyada davam etdirməsi ehtimalı var.

90deqiqe.Az-ın "Topskills Sport UK"ə istinadən məlumata görə, 30 yaşlı futbolçu ilə maraqlanan klub isə "Napoli”dir. 

Lakin keçidin baş tutması üçün Sterlinqin əməkhaqqı ilə bağlı tələbini azaltması zəruridir. Tərəflər arasındakı danışıqlar yekun mərhələdədir — klub futbolçuya öz şərtlərini təqdim edib və indi qərar onun üzərindəndir.

Qeyd edək ki, Rəhim Sterlinq yanvarda “Çelsi”dən azad agent statusunda ayrılıb — London klubu ilə müqaviləsi qarşılıqlı razılaşma ilə dayandırılıb. Cari mövsümdə 30 yaşlı hücumçu heç bir matç keçirməyib, əvvəlki kampaniyada isə icarə əsasında “Arsenal”da çıxış etmişdi.

Избранный
13
90deqiqe.az

1Источники