RU

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Aznews.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahət mərkəzində, ümumi sahəsi 500 kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100 kv.m sahədə zərər görüb. Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Избранный
7
12
aznews.az

10Источники