RU

“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, La Liqa nəhəngi Xuan Ernandesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniya U-19 millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Xuan Ernandes 2020-ci ilin yayında "Barselona"nın akademiyasına qoşulub. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi hazırda Kataloniya təmsilçisinin B komandasında çıxış edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
9
2
bizim.media

3Источники