RU

İspaniya futzal üzrə səkkizqat Avropa çempionu oldu

İspaniya futzal üzrə səkkizqat Avropa çempionu oldu

Lüblyanada keçirilən futzal üzrə Avropa çempionatının finalında İspaniya millisi Portuqaliyanı 5:3 hesabı ilə məğlub edərək çempionluq titulunu qazanıb.

AFN.az xəbər verir ki, bu qələbə ilə "Qırmızı furiya" tarixdə səkkizinci dəfə qitənin ən güclüsü adını qazanaraq öz mütləq rekordunu yeniləyib.

İspanlar bu turnirdəki dominantlıqlarını bir daha sübut edərək 1996, 2001, 2005, 2007, 2010, 2012 və 2016-cı illərdə qazandıqları uğurların sırasına yenisini əlavə ediblər. Son iki çempionatın (2018 və 2022) qalibi olan Portuqaliya isə bu dəfə finalda məğlub olaraq gümüş medallarla kifayətlənməli olub.

Yarışın bürünc medalını isə üçüncü yer uğrunda görüşdə Fransanı penaltilər seriyasında (əsas vaxt 5:5, penaltilər 6:5) məğlub edən Xorvatiya millisi qazanıb. Bu, xorvatların Avropa çempionatları tarixində əldə etdiyi ilk medal kimi tarixə düşüb.

Избранный
103
afn.az

1Источники