“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə
karyerasını MLS-də davam etdirəcək.
Əldə etdiyimiz məlumata görə, az əvvəl ABŞ təmsilçisi ilə danışıqlara nöqtə qoyulub.
Ağdam klubu bu keçiddən müəyyən qazanc da əldə edəcək.
“Xəzər Lənkəran”ın yetirməsi 2016-cı ildən Ağdam klubuna məxsusdur.
Sportinfo.az