RU

Zelenski Fransanın Silahlı Qüvvələr naziri ilə Ukraynanın hava hücumundan müdafiəsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın Silahlı Qüvvələr və Veteranlar naziri Katrin Uotrenlə onun Ukraynaya ilk səfəri çərçivəsində görüş keçirib.

APA xəbər verir ki, danışıqlarda əsas mövzular hərbi yardım, Ukraynanın hava hücumundan müdafiəsinin yeni nəsil SAMP/T raket və sistemləri ilə gücləndirilməsi, həmçinin aviasiya parkının "Mirage" və "Rafale" təyyarələri ilə genişləndirilməsi olub.

Dövlət başçısı Ukraynanın hava hücumundan müdafiə sistemində “Şahed” tipli pilotsuz uçuş aparatlarının məhv edilməsində artıq istifadə olunan "Mirage" qırıcılarının əhəmiyyətini vurğulayıb.

Tərəflər, həmçinin yüksək keyfiyyətli Rafale təyyarələrinin tədarükü üzrə razılaşmaların icrasını və Avropa SAFE təşəbbüsü çərçivəsində birgə layihələri müzakirə ediblər.

Избранный
36
1
apa.az

2Источники