RU

“Rayo Valyekano” oyunçuları aylardır öz bazalarında məşq edə bilmirlər - AS

“Rayo Valyekano” oyunçuları Futbolçular Assosiasiyası (AFE) vasitəsilə klubun zəif infrastrukturu ilə bağlı şikayət ərizəsi ünvanlayıblar.

İdman.Biz bur barədə AS-a istinadən xəbər verir.

Ərizədə bildirilir ki, meydançaların pis vəziyyəti səbəbindən komanda aylardır öz bazasında lazımi səviyyədə məşq edə bilmir və stadion meydançası oyunlar üçün yararsızdır.

Oyunçular həmçinin isti suyun olmamasından, təmizliyin qeyri-kafi olmasından və La Liqa standartlarına cavab verməyən köhnəlmiş avadanlıqlardan şikayətlənirlər. Məsələlər dəfələrlə klub rəhbərliyi qarşısında qaldırılıb, lakin hələ də həll olunmayıb.

İdman.Biz
Избранный
41
1
idman.biz

2Источники