RU

"Washington Post"un baş direktoru kütləvi ixtisarlardan sonra istefa verib

ABŞ-ın tanınmış nəşrlərindən olan "The Washington Post" qəzetinin baş direktoru Uill Lyuis vəzifəsindən gedib.

APA xəbər verir ki, onun istefası redaksiyada 30 faiz əməkdaşın, o cümlədən 300-dən çox jurnalistin işdən çıxarılmasından bir neçə gün sonra baş verib.

Lyuis yaydığı bəyanatda qərarı “çətin”, lakin “qəzetin davamlı gələcəyini təmin etmək üçün zəruri” adlandırıb. Kütləvi ixtisarları birbaşa kurasiya etmiş rəhbərin istefası media cameəsində geniş rezonans doğurub.

"The New York Times" yazır ki, Lyuis 2024-cü ilin əvvəlində qəzetin sahibi Ceff Bezos tərəfindən baş direktor vəzifəsinə təyin edilmişdi.

Onun qarşısında nəşri yenidən qurmaq və uzun illər davam edən maliyyə itkilərini dayandırmaq vəzifəsi qoyulmuşdu.

Избранный
53
2
apa.az

10Источники