RU

"Forbes": Bezosun sərvəti bir gündə 16 milyard dollar azalıb

BAKI, 8 fevral. TELEQRAF

"Amazon" şirkətinin təsisçisi Ceff Bezos şirkətin səhmlərinin kəskin ucuzlaşması fonunda "Forbes" jurnalının dünyanın ən varlı insanları siyahısında bir neçə pillə geriləyib.

Teleqraf xəbər verir ki, bu barədə "BILD" nəşrinə istinadən məlumat yayıb.

Məlumata görə, Nyu-York Fond Birjasında "Amazon"un səhmləri mənfəət üzrə zəif proqnozun açıqlanması və xərclərin əhəmiyyətli dərəcədə artacağı ilə bağlı bəyanatlardan sonra 9 faizdən çox ucuzlaşıb.

"Forbes"in məlumatına əsasən, Bezosun sərvəti cəmi bir gün ərzində 16 milyard dollar azalaraq 218,9 milyard dollar təşkil edib. Şirkətin rüblük maliyyə nəticələri və 2026-cı il üçün planları investorların gözləntilərini doğrultmayıb. Belə ki, bir səhmə düşən mənfəət 1,95 dollar olub ki, bu da bazar proqnozlarından aşağıdır.

Bundan əlavə,"Amazon"un növbəti il üçün təxminən 200 milyard dollar həcmində investisiya yatırmaq planları bazar iştirakçılarında narahatlıq yaradıb. Bu fonda ticarətin ilk saatlarından sonra şirkətin səhmləri təxminən 202 dollar səviyyəsinədək enib.

Analitiklər qeyd edirlər ki, səhmlərin kütləvi satışı əsasən süni intellekt texnologiyalarının inkişafına yönələn xərclərin artması ilə bağlıdır.

Səhmlərin dəyərdən düşməsi Bezosun milyarderlər reytinqində mövqeyinə birbaşa təsir göstərib. Onu "Meta" şirkətinin rəhbəri Mark Zukerberq qabaqlayıb. Beləliklə, Ceff Bezos siyahıda beşinci yerə geriləyib.

Избранный
54
teleqraf.com

1Источники