RU

Kenan “Yuventus”la müqaviləsini uzatdı

İtaliyanın “Yuventus” klubu Türkiyənin milli futbolçusu Kenan Yıldızla müqaviləsini 2030-cu ilə qədər uzadıb.

“Ölkə.az” xəbər verir ki, bu haqda klub məlumat yayıb.

“Bizim hekayəmiz davam edir. Gələcək ağ-qaradır. Kenan Yıldız 2030-cu ilə qədər”, - açıqlamada deyilir.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm Torino komandasının heyətində 31 oyun keçirib. Gənc futbolçu 9 qol vurub, 7 məhsuldar ötürmə edib. Bundan əlavə, onun performansı ona avqust, noyabr və dekabr aylarında “Yuventus”un “Ayın oyunçusu” mükafatını qazandırıb.

Избранный
14
1
olke.az

2Источники