RU

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb

İsmayıllının Diyallı kəndində, istirahət mərkəzində baş verən yanğın söndürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.

Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Избранный
12
13
yeniazerbaycan.com

10Источники